ABL-də 8-ci turun iki qarşılaşması bu gün baş tutacaq

ABL-də 8-ci turun iki qarşılaşması bu gün baş tutacaq

Bu gün Azərbaycan Basketbol Liqası (ABL) çərçivəsində 8-ci turun növbəti oyunları keçiriləcək.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

Hər iki matç Azərbaycan Basketbol Federasiyasının (ABF) rəsmi "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, turnirin açılış görüşündə "Xəzri" "Sərhədçi"ni məğlub edib - 117:100.

Azərbaycan Basketbol Liqası. 8-ci tur

16:30 "Sabah" - "Sumqayıt"

19:30 "Xırdalan" - "Neftçi"