Yığmamız mövqeyini qorudu

Yığmamız mövqeyini qorudu

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.

Mediasport.az xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.

İlk dəfə qatıldığı Olimpiya Oyunlarında çıxışını başa vuran Azərbaycan millisi dünyada 14-cüdür.

Yığmamızın hesabında 257,864 xal var. Komandamız olimpiadadan öncəki mövqeyini qoruyub.

Reytinqə 605.241 xalla Kanada başçılıq edir, Niderland (516,346) ikinci, Almaniya (439,270) üçüncüdür.