Azərbaycan yığması 1/4 finalda Barselona klubuna məğlub oldu

Azərbaycan yığması 1/4 finalda Barselona klubuna məğlub oldu

Azərbaycan millisi 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsində mübarizəni dayandırıb.

Mediasport.az xəbər verir ki, yığma sonuncu oyun günü 1/4 finalda “Barselona Panters” klubu ilə qarşılaşıb.

8:21 hesabı ilə məğlub olan millimiz turnirlə vidalaşıb.

Xatırladaq ki, yarışda iştirak edən Azərbaycanın “Baku Fleyms” klubu da keçirdiyi hər 3 görüşdə uduzaraq mübarizəni qrup mərhələsində dayandırıb.

Yarışın final görüşündə İtaliya yığmasını 15:12 hesabı ilə məğlub edən Barselona təmsilçisi turnirin qalibi olub.