ABŞ-ni Azərbaycana dəyişdi

ABŞ-ni Azərbaycana dəyişdi

NTD basketbol klubu ABŞ-li Linton Braunu heyətinə qatıb.

Mediasport.az xəbər verir ki, 24 yaşlı oyunçu həm atış müdafiəçisi, həm də kiçik forvard mövqeyində oynaya bilir.

Onun sonuncu iş yeri "Veyland Baptist Universiti" olub.

Paytaxt təmsilçisi buna qədər oyun qurucuları Zion Patterson və Kaleb Burqes (hər ikisi ABŞ-li) transfer etmişdi.