ABL-də 8-ci tur: "Sabah" qalib gəlib, "Neftçi" "Xırdalan"a uduzub

ABL-də 8-ci tur: "Sabah" qalib gəlib, "Neftçi" "Xırdalan"a uduzub

Azərbaycan Basketbol Liqası (ABL) çərçivəsində 8-ci turun növbəti oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

"Sabah" Sumqayıt təmsilçisi üzərində inamlı qələbə qazansa da, "Neftçi" turu xalsız başa vurub.

Xatırladaq ki, turnirin açılış görüşündə "Xəzri" "Sərhədçi"ni məğlub edib - 117:100.

Azərbaycan Basketbol Liqası. 8-ci tur

"Sabah" - "Sumqayıt" 105:79

"Xırdalan" - "Neftçi" 102-80