"Sabah"dan 2-ci qələbə

"Sabah"dan 2-ci qələbə

FİBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq məqsədilə Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olan "Sabah" 4-cü yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz bu dəfə Serbiyanın "Srvena Zvezda-2" komandası ilə qarşılaşıb.

Oyun komandamızın 81:78 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" təlim çərçivəsində yerli "OKK Belqrad" klubuna qalib gəlib, "Vrsaç" və "Radniçki"yə məğlub olub.