"Sabah"da baş məşqçi ayrılığı

"Sabah"da baş məşqçi ayrılığı

"Sabah" basketbol komandasının çalışdırıcı Boban Mitev vəzifəsindən ayrılıb.

Mediasport.az xəbər verir ki, o, ailə vəziyyəti ilə bağlı öz istəyi əsasında baş məşqçi postunu tərk edib.

"Sabah" klubu gördüyü işlərə görə Şimali Makedoniyadan olan mütəxəssisə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, paytaxt təmsilçisi bu gün Azərbaycan Basketbol Liqasının 7-ci turu çərçivəsində səfərdə "Şəki" ilə qarşılaşacaq.