Açıq Bakı çempionatı keçiriləcək

  Açıq Bakı çempionatı keçiriləcək

Sabah avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.

Mediasport.az xəbər verir ki, Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar da Bakı bulvarında müxtəlif yaş kateqoriyaları üzrə yarışacaqlar.

İdmançılar kayak və kanoe növlərində 200, 500 metr məsafədə 1 və 2 nəfərlik qayıqlarda, akademik növdə 500 metr məsafədə yalnız 1 nəfərlik qayıqda mübarizə aparacaq.

Xatırladaq ki, çempionat saat 11-dən etibarən start götürəcək və bir gün davam edəcək.