Azərbaycan klubunun azarkeşinə 9 il həbs cəzası verildi! - FOTO

Azərbaycan klubunun azarkeşinə 9 il həbs cəzası verildi! - FOTO

İranın paytaxtı Tehranın Fəşafuyə zindanında saxlanılan fəal və Təbriz təmsilçisi “Traxtor”un azarkeş qruplarının tanınmış liderlərindən Hadi Nəvazi doqquz il müddətinə azadlıqdan məhrum edilib.

mediasport.az xəbər verir ki, məlumatı “Azad İran” “telegram” kanalı yayıb.

Sentyabrın 20-də tutulan fəal “İran hakimiyyətinə qarşı təbliğat aparmaqda” və “sosial mediada yalan məlumatlar yaymaqda” ittiham olunur.