Adrian Mutu rəhbərliyə yığmanın futbolçusunu nişan verib - Keçidin reallaşması üçün "vasitəçi" də tapıb

Adrian Mutu rəhbərliyə yığmanın futbolçusunu nişan verib - Keçidin reallaşması üçün "vasitəçi" də tapıb

3-cü aydır "Neftçi"də çalışan Adrian Mutu hücum xəttindəki çatışmazlıqları Mahir Emreli ilə aradan qaldırmaq fikrindədir.

Mediasport.az saytına verilən məlumata görə, ön xətdə yer alan oyunçulardan narazı qalan rumıniyalı baş məşqçi klub rəhbərliyindən yığmamızın üzvünün keçidini həll etmələrini istəyib.

26 yaşlı hücumçunun transferini israrla istəyən 44 yaşlı mütəxəssis rəhbərliyə araya "vasitəçilər" də qoşmağı təklif edib. Bunlar "ağ-qaralar"ın Mahirlə millidəki komanda yoldaşı Emin Mahmudov və yaxın dostu Qara Qarayevdir.

Mutu müqavilə ilə Xorvatiyanın "Dinamo" klubuna məxsus futbolçunun qışda icarəyə götürülməsini planlaşdırır. Deyilənlərə inansaq, rəhbərlik artıq Zaqreb təmsilçisi ilə təmasa keçib.

Qeyd edək ki, Mahir 2022-ci ilin fevralında xorvatlarla 4.5 illik müqavilə bağlayıb.