Elhad Nəziri Azərbaycan klubunun baş məşqçisi təyin edilib - RƏSMİ

Elhad Nəziri Azərbaycan klubunun baş məşqçisi təyin edilib - RƏSMİ

Futbol üzrə Azərbaycan 1-ci Liqa təmsilçisi "Cəbrayıl"ın yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Cavid Hüseynovdan boş qalan posta Elhad Nəziri gətirilib.

B kateqoriyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Nəziri futbolçu kimi "Qarabağ", "Lokomotiv", "Milsami" (Moldova), " Petrolul" (Rumıniya), " İnter" (Bakı), "Metralul" (Rumıniya) klublarının fomasını geyinib.

Azərbaycan millisinin sabiq üzvü Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub. 

O, "Cəbrayıl"la AFFA Region Liqasının qalibi olub və 2-ci Liqada gümüş medal qazanıb.