Ramil Şeydayevdən 2 qol ötürməsi, komandasından darmadağın
Tailanda Superliqasında 4-cü tura start verilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" doğma meydanda "Trat"ı qəbul edib.
Buriram təmsilçisinin rəqibini darmadağın etdiyi qarşılaşmada 27 yaşlı forvardımız diqqət mərkəzində olub. Matça start heyətində başlayan Şeydayev 2 qol ötürməsi ilə yadda qalıb - 4:0. O, 78-ci dəqiqədə əvəzlənib.
"Buriram Yunayted" 10 xalla birinci pilləyə yüksəlib.