AFFA hakimləri söyən "Araz-Naxçıvan"ın futbolçularını 4 oyunluq diskvalifikasiya edib
AFFA İntizam Komitəsinin bugünkü iclasında hakimləri təhqir edən daha 5 futbolçunun cəzası açıqlanıb.
Mediasport.az xəbər verir ki, U-17 Liqasından "Araz Naxçıvan"ın 4 futbolçusu sərt cəzaya məruz qalıb.
Komandanın üzvləri - Qurban Əliyev, Kazım Zülfüqarlı və Səid Bağırzadə "Universal Football Academy" ilə oyunda hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdikləri üçün 4 matçlıq diskvalifikasiya ediliblər.
Gənclər Liqasında İCBFA-dan Emin Qurbanov "Neftçi" ilə, Region Liqasında "Lənkəran"dan Xalid Qasımzadə və Əli Məcidov isə "Masallı" ilə qarşılaşmada qeyri-etik ifadə və ya hərəkətə görə 3 oyunluq cəzalandırılıb.