İntizam Komitəsi "Neftçi"nin məşqçisini 5 oyunluq cəzalandırdı
AFFA İntizam Komitəsi “Neftçi”nin U-17 komandasının baş məşqçisi Elşən Məmmədova ağır cəza verib.
mediasport.az xəbər verir ki, mütəxəssis AFFA U-17 liqası çərçivəsində mayın 13-də keçirilmiş “Neftçi” - “Kəpəz” oyununun 39-cu dəqiqəsində hakimin qərarına sərt formada etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
İK Məmmədovu 5 oyun cəzalandırıb.