Azərbaycan yığması 1 pillə irəliləyib - FİFA-nın reytinq siyahısı

Azərbaycan yığması 1 pillə irəliləyib - FİFA-nın reytinq siyahısı

FİFA-nın milli komandalar üçün növbəti reytinq cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığma komandası 1 pillə irəliləyib.

Komandamız 1174.22 xalla 113-cü sırada qərarlaşıb.

Reytinq siyahısına son dünya çempionu Argentina (1855.2 xal) başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) üçüncü pilləni tutur.

Türkiyə yığması (1505.28) isə 2 pillə irəliləyərək 35-ci sıraya yüksəlib.