"Zirə"yə 6:0 qalib gələn baş məşqçi: "Hesab daha böyük ola bilərdi"
"Fantastik qələbə qazandıq, azarkeşlərimizi, komandamı təbrik edirəm. Yaxşı komandaya qarşı oynasaq da, hesab daha böyük ola bilərdi".
Mediasport.az xəbər verir ki, bu sözləri UEFA Avropa Konfrans Liqası pley-off mərhələsinin ilk görüşü çəeçivəsində "Zirə"ni 6:0 hesabı ilə məğlub edən Kiprin "Omoniya" klubunun baş məşqçisi Valdas Dambrauskas deyib.
Litvalı mütəxəssis böyükhesablı qələbəyə baxmayaraq, cavab qarşılaşmasına ciddi hazırlaşacaqlarını bildirib:
"Yaxşı oyun keçirdik. İlk 30 dəqiqədə “Zirə”yə qapıımıza yaxınlaşmağa, nəfəs almağa imkan vermədik. Ancaq bu matç kimi ciddi qəbul etməli olduğumuz cavab görüşü də var. Başladığımız işi başa çatdırmaq üçün bir həftə ərzində səylə çalışmalıyıq. Səfərdə də qələbə qazanmaq istəyirik. Hazırda əla əhval-ruhiyyədəyik, lakin arxayınlaşa bilmərik. Belə qələbə hər zaman olmur".
Xatırladaq ki, cavab oyunu avqustun 29-da Bakıda keçiriləcək.