Ardıcıl 2-ci dəfə KONKAKAF Millətlər Liqasının qalibi oldular - VİDEO

Ardıcıl 2-ci dəfə KONKAKAF Millətlər Liqasının qalibi oldular - VİDEO

Futbol üzrə KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi müəyyənləşib.

MediaSport.az xəbər verir ki, 5 ildən bir keçirilən yarışın budəfəki qalibi yenidən ABŞ milli komandası olub.

Qreqq Berhalterin baş məşqçisi olduğu komanda finalda Kanada yığmasından üstün olub. Qələbə qolları ilk hissədə vurulub - 2:0.

Üçüncü yeri isə Panama yığmasına 1:0 hesabı ilə qalib gələn Meksika seçməsi tutub.