Agentlik klubların mətbuat katiblərinə antidopinq seminarı keçdi

Agentlik klubların mətbuat katiblərinə antidopinq seminarı keçdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman qurumlarının mətbuat  katibləri üçün antidopinq seminarı keçirib.

Agentlikdən mediasport.az saytına verilən məlumata görə, seminarda ölkədə fəaliyyət göstərən idman federasiyaları və peşəkar futbol klublarının mətbuat katibləri iştirak ediblər.

Seminarda diqqət mərkəzində olan mövzular əsas antidopinq anlayışları, antidopinq icraatlarının hüquqi aspektləri və qida əlavələrinin yaratdığı risklər. AMADA-nın əmkdaşları müvafiq mövzular haqqında ətraflı təqdimatlar ediblər. Bu mövzularda həmçinin Türkiyə təcrübəsi ilə bağlı məlumatlar verilib, müzakirələr keçirilib və iştirakçıların sualları cavablandırılıb.