AGİN-in kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

AGİN-in kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

Bu gün Gənclər və İdman Nazirliyinin yaradılmasından 30 il ötür.

Mediasport.az xəbər verir ki, bu münasibətlə nazirliyin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Həmçinin Şəhidlər Xiyabanı da ziyarət olunub.

Ziyarət zamanı Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.