"Daha bir-iki qol vura bilərdik" - "Bayer"in 29 yaşlı kapitanı
!["Daha bir-iki qol vura bilərdik" - "Bayer"in 29 yaşlı kapitanı](https://mediasport.az/uploads/images/202310/image_750x_653b693d7e414.jpg)
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Bayer"in kapitanı Robert Andrix dünən Leverkuzendə Azərbaycan çempionu ilə baş tutmuş oyun haqqında fikirlərini bildirib.
Mediasport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi komandasının 5:1 hesablı qələbəsini şərh edib.
Andirx bildirib ki, hesab fərqi böyük olsa da, matç çox çətin keçib: "Əyləncəli idi. Komanda şəklində oynayıb bir-birimizi daha yaxşı başa düşdüyümüz üçün yaxşı alındı. 5:1 hesabı yaxşı səslənir. Bizə lazım olan üç xalı qazaandıq. Daha bir-iki qol vura bilərdik”.
Qeyd edək ki, "Qarabağ" və "Bayer" arasındakı ikinci matç noyabrın 9-da Bakıda keçiriləcək.