"Qəbələ" Premyer Liqa yolunda, ən yaxın rəqibi İmişlidə məğlub oldu

"Qəbələ" Premyer Liqa yolunda, ən yaxın rəqibi İmişlidə məğlub oldu

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 13-cü tura start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

Çempionluğa əsas iddialı "Qəbələ" növbəti səfər qələbəsini qazanıb.

Çempionatda qol buraxmayan şimallıların ən yaxın izləyicisi "Karvan" yenidən xal itirib.

Yevlax klubuna qalib gələn "İmişli" xal fərqini azaldıb.

Tura sabah yekun vurulacaq.


Azərbaycan 1-ci Liqası. 13-cü tur


MOİK - "Cəbrayıl" 2:1

Qollar: R.Orucov, 51, C.Tağıyev, 70 - Z.Abdurahmanov, 24.

"İmişli" - "Karvan" 2:0

Qollar: E.Rəhimzadə, 58, O.Timilehin, 67.

"Difai" - "Qəbələ" 0:1

Qollar: M.Musayev, 64.