Azərbaycan millisinin iki üzvü dünyanın "100-lüy"ündə yer aldı

 Azərbaycan millisinin iki üzvü dünyanın "100-lüy"ündə yer aldı

Azərbaycanın iki badmintonçusu Dünya Badminton Federasiyasının (BWF) açıqladığı gənclərin reytinq siyahısında “Top-100”də yer alıb.

Mediasport.az xəbər verir ki, beynəlxalq turnirlərdə uğurlu çıxışlarla diqqət çəkən Həcər Nuriyeva və Ülvi Hüseynov reytinq sıralamasında ciddi irəliləyişə nail olub.

Nuriyeva 21 illə sıçrayışla 47-cə sıraya yüksəlib. Onun aktivində 5800 reytinq xalı var.

Reytinq xalını 4050-yə çatdıran Hüseynov isə 21 pilləlik irəliləyişlə 63-cü olub.

Qeyd edək ki, Ülvi Hüseynov 2023-cü ildən etibarən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Malayziya Badminton Akademiyasında təhsil almaqla yanaşı, mütəmadi olaraq Malayziyanın müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışlarında iştirak edərək peşəkarlıq səviyyəsini artırır.

Həcər Nuriyeva isə sonuncu dəfə 2025-ci ildə İranda keçirilən beynəlxalq turnirdə Leyla Camalzadə ilə birgə çıxış etdiyi qoşa kateqoriyada qızıl medal qazanıb.