Yaşa meydan oxuyan dünya futbolunun CAVAN ƏFSANƏsi

Yaşa meydan oxuyan dünya futbolunun CAVAN ƏFSANƏsi

Dünya futbolunun əfsanələrindən Kriştianu Ronaldu 40 yaşını qeyd edib.

Tarixin gəlmiş-keçmiş ən güclü oyunçularından biri 1985-ci il fevralın 5-də Portuqaliyanın Madeyra adasının Funşal şəhərində dünyaya gəlib.

Uğurlarının sayı-hesabı olmayan fenomen 41-ci yaşına qədəm qoysa da, göstərdiyi performans və fiizki vəziyyəti onun hələ bir müddət peşəkar futbolla məşğul olacağını istisna etmir.

Bütün dünya turnirlərində rekordlara imza atmış portuqaliyalı canlı əfsanənin uğurlarını bir-bir saymaq üçün saatlarla vaxt lazımdır.

Karyerası ərzində ümumilikdə bütün turnirlər və Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarındakı çıxışları daxil 1400-dən çox oyun keçirib, 992 qol vurub.

Əsas milli komandanın heyətində 135 dəfə adını tabloya yazdırmaqla tarixdə yığmada ən çox qol vuran futbolçudur.

140 qolla UEFA Çempionlar Liqasında ən çox fərqlənən superulduz 7 dəfə bu yarışın bombardiri, 5 dəfə də qalibi olub - 2008-ci ildə "Mançester Yunayted", 2014, 2016, 2017 və 2018-ci illərdə isə Madrid "Real"ı ilə ÇL-də çempionluq sevinci yaşayıb.

5 dəfə (2008, 2013, 2014, 2016, 2017) dünyanın ən yaxşı futbolçusu seçilərək "Qızıl top" mükafatını almış superulduz 2016-cı ildə Portuqaliya yığması ilə Avropa çempionu, 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

Dünya əfsanəsi karyerasını 2022-ci ildən Səudiyyə Ərəbistanının "Əl Nəsr" komandasında davam etdirir.

Mediasport.az