"Premyer Liqaya yüksəlmək üçün hər oyuna final kimi baxacağıq"

"Premyer Liqaya yüksəlmək üçün hər oyuna final kimi baxacağıq"

“Mövsüm başlamazdan öncə çempionatın çətin olacağını bilirdik. Qış fasiləsinsən sonrakı start ərəfəsində də bildirmişdim ki, liderliyi qorumaq və sonda Premyer Liqaya yüksəlmək üçün hər oyuna final kimi baxacağıq".

Mediasport.az xəbər verir ki, bu sözləri 1-ci Liqada yarışan "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis 13-cü turun "Difai" ilə matçı haqda fikirlərini bölüşüb, 1:0 hesablı qələbəni şərh edib:

"Rəqiblərimiz bizimlə oyunlarda hər mövqedə, xüsusilə də müdafiədə, çox keyfiyyətlidirlər. Lakin biz də meydanda gücümüzü ortaya qoymağı bacarırıq. Bütün oyunçularıma təşəkkür edirəm. Meydanda əllərindən gələni etməyə çalışdılar və sonda qələbəyə sevinən tərəf biz olduq”.

Xatırladaq ki, çempionatda qol buraxmayan bölgə təmsilçisi 33 xalla liderdir və ən yaxın izləyicisi "Karvan"ı 7 xal qabaqlayır.