Vüsal İsgəndərli "Qalatasaray"la kubok oyununda hesabı açdı
![Vüsal İsgəndərli "Qalatasaray"la kubok oyununda hesabı açdı](https://mediasport.az/uploads/images/202502/image_750x_67a4ba023fd62.jpg)
"Boluspor"da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə Kubokunun matçında "Qalatasaray"a qol vurub.
Mediasport.az xəbər verir ki, 29 yaşlı forvard C qrupunun II turunun qarşılaşmasında hesabı açıb.
İsgəndərli 12-ci dəqiqədə cinahdan ötürməni dəqiq zərbə ilə tamamlayıb.
Hazırda davam edən ilk hissədə hesab bərabərdir - 1:1.