BİABIRÇI VİDEO! "Neftçi"nin matçında kəllə davası - Baş məşqçinin burnunu sındırdılar
![BİABIRÇI VİDEO! "Neftçi"nin matçında kəllə davası - Baş məşqçinin burnunu sındırdılar](https://mediasport.az/uploads/images/202403/image_750x_65f7f7399bb92.jpg)
AFFA U-17 liqasında biabırçı hadisə yaşanıb.
Mediasport.az xəbər verir ki, dava-dalaş 26-cı turun “Vətən” - “Neftçi” görüşündə qeydə alınıb.
69-cu dəqiqədə yaranan dava zamanı ev sahibi komandanın rəsmisi “ağ-qaralar”ın baş məşqçisi Asif Ələsgərovu başla vurub.
Tərəflər sonra əlbəyaxa olublar. Nəticədə məşqçinin burnu sınıb.
Hakimlər və futbolçular tərəfləri güclə ayırıblar.
Matç "Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.