Yığmamız Belarusa yenə uduzdu
![Yığmamız Belarusa yenə uduzdu](https://mediasport.az/uploads/images/202312/image_750x_658d3f582bcec.jpg)
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.
Mediasport.az xəbər verir ki, U-19 növbəti dəfə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun bu dəfə də meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında fevralın 4-də keçirilən ilk görüşdə də Belarus seçməsi 2:0 hesablı qələbə qazanıb.