Andrey Lunyovu Bakıda polis bölməsinə niyə aparıblar?
"Qarabağ”ın qapıçısı Andrey Lunyon Bakıda yol hərəkəti qaydalarını pozduğu üçün polis bölməsinə aparılıb.
Mediasport.az xəbər verir ki, rus qolkiper bununla bağlı "RB-Sport"a açıqlamasında məlumat verib.
32 yaşlı “əlcək sahibi” cərimə ödədiyini söyləyib:
“Ailəmi ticarət mərkəzinə aparıb bazaya getdim. Əsas küçələrdən birində sakitcə maşınla gedirdim. Mən onların yol hərəkəti qaydalarını bilirəm, başa düşürəm ki, birdən zolaq dəyişdirmək olmaz, bu, ehtiyatsızlıq deməkdir.
Birdən yanıb-sönən işıqları olan polis maşını məni saxladı. Bildirdi ki, avtomobili sürətlə sürürdün, tez-tez zolaqları dəyişirdin. Mən kamera görüntülərini göstərməyi xahiş etdim.
Həmin vaxt qrip olmuşdum, xəstə görünürdüm. İçkili olduğumu dedilər, təklif etdilər ki, alkotest götürsünlər. Amma yenə də şöbəyə apardılar. Orada onların rəisi yanıma gəlib dedi ki, zolaqları səhv dəyişmişəm. Mən alkotestdən danışmağa başlayan kimi o, dərhal rus dilindən Azərbaycan dilinə keçdi.
Axırda klubdan bir adama zəng etdim, kömək etməyə gəldi. Amma yenə də cəriməni ödəməli oldum, çünki səni polis bölməsinə aparsalar, haqlı və ya haqsız olmağından asılı olmayaraq, ödəməyə borclusan”.