"Araz Naxçıvan"ın ÇL-dəki oyunlarını bu hakimlər idarə edəcək
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz Naxçıvan”ın hakim təyinatları açıqlanıb.
mediasport.az xəbər verir ki, təmsilçimiz 5-ci qrupda İsveçin "Örebro", Bosniya və Herseqovinanın "Mostar" və Serbiyanın "Loznika Qrad" komandaları ilə mübarizə aparacaq.
Hakimlər: Şeyx Viktor (Fransa), Jan Kresta (Çexiya), Lukaş Peşka (Slovakiya), David Abtequya Urdanos (İspaniya)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beçeyro (İspaniya)
Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.
26 oktyabr
"Araz Naxçıvan" – "Örebro" (İsveç)
27 oktyabr
"Loznika Qrad" (Serbiya) – "Araz Naxçıvan"
29 oktyabr
"Mostar" (Bosniya və Herseqovina) – "Araz Naxçıvan"