ÇL tarixində ilk yaşanıb

ÇL tarixində ilk yaşanıb

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda turnirin tarixi unikal hadisə fakt qeydə alınıb.

Mediasport.az xəbər verir ki, unikal göstərici Şotlandiyanın Qlazqo şəhərində keçirilən "Seltik" - "Latsio" oyununda yaşanıb.

ÇL tarixində ilk dəfə bir oyunda start heyətində meydana 4 yaponiyalı futbolçu çıxıb. “Seltik”in heyətində Reo Hatate, Hyun-Yun Yan və Kyoqo Furuhaşi, qonaqlarda isə Daiçi Kamada ilk dəqiqələrdən meydanda olublar.

Şotlandların qolunu da bu dörd futbolçudan biri - Kyoqo Furuhaşi vurub. Görüş İtaliya təmsilçisinin 2:1 hesablı qələbəsilə yekunlaşıb.