ASAPES və Karlov Universitetinin rəhbərliyi arasında görüş keçirilib

ASAPES və Karlov Universitetinin rəhbərliyi arasında görüş keçirilib

Martın 13-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev Çexiyaya səfəri çərçivəsində Karlov Universitetinin rektoru Milena Kraliçkova ilə görüşüb.

Mediasport.az xəbər verir ki, görüşdə Karlov Universiteti, xüsusilə də Bədən Tərbiyəsi və İdman fakültəsi ilə davam edən əməkdaşlıq, atılan addımlar və gələcək planlar müzakirə edilib.

Əsas hədəfin fizioterapiya üzrə ikili bakalavr və magistr proqramlarının hazırlanması olduğu vurğulanıb, eləcə də bu istiqamətdə işlər aparılması üçün Karlov Universitetinin professorlarının hazırda akademiyada tədrisə cəlb olunması xüsusi qeyd edilib.

Rektor, həmçinin ötən il dekabrın 21-də Karlov Universitetində baş vermiş terror hücumu nəticəsində həlak olan tələbələrin xatirəsinə həsr edilmiş xalçanı M.Kraliçkovaya təqdim edib və hadisənin baş verdiyi Yan Palaç korpusu önündəki monumentin qarşısına gül dəstəsi qoyub.