Liderliyə yüksələn "Sabah" NTD ilə "Gəncə"yə şərik oldu - Basketbol Liqası

Liderliyə yüksələn "Sabah"  NTD ilə "Gəncə"yə şərik oldu -  Basketbol Liqası

Azərbaycan Basketbol Liqasında 11-ci tura, ümumilikdə 2022-ci ilə yekun vurulub.

mediasport.az xəbər verir ki, ilin son turu çərçivəsində 3 qarşılaşma keçirilib.

"AAAF Xırdalan" NTD-yə məğlub olub - 80:108. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan" Devin Pullum (17 xal, 7 asist), NTD klubundan Londell King (37 xal, 20 ribaund) olublar.

"Sərhədçi" və "Zirvə Astara" basketbolçularının duelində qələbəni birincilər bayram ediblər - 94:84. Ən məhsuldar basketbolçular "Sərhdəçi"dən Endar Poladxanlı (33 xal, 9 ribaund), "Zirvə Astara"dan isə Ruşhard Kruikşenk (37 xal, 7 ribaund) seçiliblər.

Şəki Olimpiya İdman Kompleksində keçirilmiş “Olimpik" - "Neftçi" görüşündə sevin tərəf bakıllılar olublar - 67:83. Ən məhsuldar basketbolçular "Olimpik Şəki"dən Ceyson Brauer (24 xal, 7 ribaund ), "Neftçi"dən isə Davit Lomidze (18 xal, 5 ribaund) olublar.

Turun həftəiçi oynanılan liderlərin qarşılaşması - "Gəncə" və "Sabah" matçında 81:73 hesabı ilə qalib gələn ikincilər birinci pilləyə yüksəlib. Eyni xala malik Gəncə təmsilçisi rəqibindən aralarındakı görüşə görə geri qalır.

Sabah BK
11 8 3 918-843 (+73) 19
Gəncə BK
11 8 3 921-869 (+52) 19
NTD BK
11 8 3 999-886 (+113) 19
AAAF Xırdalan BK
11 7 4 943-922 (+21) 18
Sərhədçi PİK
11 7 4 963-902 (+61) 18
Neftçi İK
11 3 8 829-874 (-45) 14
Olimpik Şəki BK
11 2 9 845-1040 (-195) 13
Zirve Astara BK
11 1 10 897-977 (-80) 12