Güllə atıcılarımız komanda şəklində də final mərhələsinə vəsiqə qazana bilmədilər - Avropa Oyunları
Atıcılıq üzrə Azərbaycanın yığmasının üzvləri Polşada davam edən III Avropa Oyunlarının fərdi yarışlarında olduğu kimi, komanda mübarizəsində də uğursuz çıxış ediblər.
MediaSport.az xəbər verir ki, yığmamızın lideri Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada 3 cəhdin cəmində 572 xal toplayıb
28 iştirakçı arasında 17-ci olan komandamız finala vəsiqə qazana bilməyib. İlk 4 yerin sahibi final mərhələsinə yüksəlib.
Ruslan Lunyov, həm də Nigar Nəsirova qarşıdakı günlərdə 25 m məsafəyə pnevmatik tapançadan atəş açmadada fərdi proqramda çıxış edəcəklər.