Azərbaycan millisinin üzvü Aybəniz Babayeva Almaniyada ikinci oldu

Azərbaycan millisinin üzvü Aybəniz Babayeva Almaniyada ikinci oldu

Güllə atıcılığı üzrə Paralimpiya yığmamızın üzvü Aybəniz Babayeva Almaniyanın Hannover şəhərində keçirilən Beynəlxalq turnirdə uğurlu nəticə qazanıb.

mediasport.az xəbər verir ki, idmançımız pnevmatik tapançadan 10 metr məsafəyə atışda (P2) gümüş medala sahib çıxıb.

Millimizin digər üzvü Yelena Taranova da finala vəsiqə əldə edib, lakin yarışı 5-ci sırada başa vurub.

Turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək Dünya Çempionatında iştirak üçün lisenziya qazandırır.