Yalnız "Qarabağ" irəlilədi, "Neftçi", "Sabah" və "Qəbələ"dən geriləmə

 Yalnız "Qarabağ" irəlilədi, "Neftçi", "Sabah" və "Qəbələ"dən geriləmə

Avropanın futbol klublarının yeni reytinq cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, 415 ən güclü komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən lider yenə "Qarabağ"dır.

Qurban Qurbanovun baş məşqçisi olduğu "Qarabağ" 293 xalla 64-cü pillədə qərarlaşıb.

Ağdam klubu ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib.

3 pillə geriləyən "Neftçi" 27 xalla 243-cü yerə düşüb.

"Sabah" da 2 pillə geriləyərək hesabındakı 20 xalla 264-cü pilləyə enib.

Ən çox geriləyən "Qəbələ" isə 7 addım aşağı yuxarlanıb - şimallılar 369-cu olublar.

Reytinqə 2561 xalla "Real" başçılıq edir.