Atletlərimiz Türkiyədə Olimpiya lisenziya xalları uğrunda yarışacaq

Atletlərimiz Türkiyədə Olimpiya lisenziya xalları uğrunda yarışacaq

Atletika üzrə Azərbaycan millisi Türkiyənin İzmir şəhərində keçiriləcək 77-ci Balkan çempionatında iştirak edəcək.

Mediasport.az xəbər verir ki, 2 gün ərzində davam edəcək yarış Paris-2024 Yay Olimpiya Oyunlarına və "Roma-2024" Avropa çempionatına lisenziya xarakteri daşıyacaq.

Turnir mayın 25-də start götürəcək.

Balkan çempionatında ölkəmiz 7 idmançı ilə təmsil olunacaq.

Yekaterina Sarıyeva, Rüstəm Məmmədov üç təkanla tullanma, Fəridə Rzayeva (100 m/200 m), Bəxtiyar Əsgərli qaçış (800 m/1500 m), Nazim Babayev, Kəsgin Abbaszadə uzunluğa tullanma, İsmayıl Əliyev isə nüvə itələmə və lövhə atma yarışlarında qüvvəsini sınayacaq.