AVF rəsmisi Qızıl Avropa Liqasının oyunlarına təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Mediasport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman kişi voleybolçular arasında Qızıl Avropa Liqasının ikinci turunun matçlarına təyinat alıb.
O, mayın 24-26-da Lüksemburqda baş tutacaq turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Lüksemburq, Ukrayna və Çexiya milli komandalarının mübarizə aparacağı turun hakimləri almaniyalı Matias Evald, niderlandlı Helena Geldof və lüksemburqlu Karol Hepp olacaq.