Millimizin futbolçusu Niderland klubunun bombardiri oldu - FOTO

Millimizin futbolçusu Niderland klubunun bombardiri oldu - FOTO

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında 2023/2024-cü illər mövsümünün bombardiri olub.

Mediasport.az xəbər verir ki, 26 yaşlı hücumameylli futbolçu geridə qalan mövsümü 12 qolla başa vurub.

İkinci pillədə 9 topla Evan Rottye qərarlaşıb. Mavuna Amevor isə üçüncüdür - 4 qol.

Qeyd edək ki, “Eyndhoven” mövsümü 43 xalla 14-cü pillədə başa vurub.

Ozan Can 2022-ci ildən Eyndhoven təmsilçisində çıxış edir.