Avropa Kubokunu stadiona Bekkenbauerin xanımı gətirəcək

Avropa Kubokunu stadiona Bekkenbauerin xanımı gətirəcək

Bu axşam Almaniyada start götürəcək futbol üzrə Avropa çempionatının açılışını əfsanəvi futbolçu Frans Bekkenbauerin həyat yoldaşı Haydi Bekkenbauer edəcək.

Mediasport.az xəbər verir ki, qalib komandaya təqdim ediləcək baş mükafatı - "Anri Delone" kubokunu arenaya mərhum futbolçunun xanımı gətirəcək.

Görüşdən əvvəl stadionda bu il yanvarın 7-də dünyasını dəyişmiş Frans Bekkenbauer haqqında qısa videoçarx nümayiş etdiriləcək.

Xatırladaq ki, açılış matçında Almaniya - Şotlandiya oyunu baş tutacaq.