Avropa çempionatı Bosniya və Herseqovinada keçiriləcək

Avropa çempionatı Bosniya və Herseqovinada keçiriləcək

Minifutbol üzrə növbəti Avropa çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.

Mediasport.az xəbər verir ki, qitə birinciliyi 2024-cü ildə Bosniya və Herseqovinada təşkil olunacaq.

Turnir iyunun 1-9-u aralığında Sarayevo şəhərində keçiriləcək.

Qeyd edək ki, 2022-ci ildə Slovakiyanın ev sahibliyi etdiyi son Avropa çempionatının qalibi Azərbaycan millisidir.