Avropa Cüdo Birliyindən Rüstəm Orucova növbəti etimad

Avropa Cüdo Birliyindən Rüstəm Orucova növbəti etimad

Olimpiya mükafatçısı Rüstəm Orucov növbəti dəfə idman komissarı vəzifəsini icra edib.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq lideri Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa Cüdo Ümidlər Kubokunda iş başında olub.

Yarış 20-21 aprel tarixlərində keçirilib.

Qeyd edək ki, Orucov bu ilin fevralından Avropa Cüdo Birliyində işə başlayıb. O, beynəlxalq təşkilatın keçirdiyi turnirlərdə idman komissarı kimi fəaliyyət göstərir.

Həmyerlimizin ilk sınağı bu ilin 24-25 fevral tarixlərində Latviyanın paytaxtı Riqa şəhərində keçirilən veteranlar arasında Avropa Kuboku olub.