Avropa Kuboku: Beynəlxalq dərəcəli hakimlərimizə yeni təyinat
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları avrokubok matçına təyinat alıblar.
Mediasport.az xəbər verir ki, Avropa Həndbol Federasiyasının qərarına əsasən, onlar qadınlar arasında Avropa Kubokunun 1/8 final mərhələsinin görüşünü idarə edəcəklər.
Ernest və Emil qardaşları Şimali Makedoniyanın "Jorçe Petrov" və Çexiyanın "Hazena Kinzvart" komandaları arasında keçiriləcək qarşılaşmada ədaləti qorumağa çalışacaqlar.
Xatırladaq ki, oyun yanvarın 13-də Skopye şəhərindəki "Avtokomanda" İdman Zalında baş tutacaq.