8-ci turun təqvimi açıqlanıb

8-ci turun təqvimi açıqlanıb

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında 8-ci turun təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, qadınların mübarizəsində tur 27 yanvar, saat 10:00-da "Bakı" - "Kür" oyunu ilə start götürəcək.

Yanvarın 28-də, saat 10:00-da "İdman Akademiyası" - "Azəryol", 12:00-da isə "Gənclərbirliyi - "Qarabağ" görüşləri baş tutacaq.

Kişilərin yarışında yanvarın 27-də, saat 12:00-da "Təhsil" - "Kür", saat 14:00-da "Qarabağ" - "Azəryol" oyunları keçiriləcək.

Növbəti gün saat 14:00-da "Dinamo" və "İdman Akademiyası" kollektivləri meydançaya çıxacaqlar.

Bütün matçlar "AHF Arena"da təşkil olunacaq.