Avropa Kuboku: Kişilərdən ibarət millimiz startda Niderlanda uduzdu

Avropa Kuboku: Kişilərdən ibarət millimiz startda Niderlanda uduzdu

3x3 basketbol üzrə kişilərdən ibarət milli komandalar arasında Avstriyanın paytaxtı Vyanada Avropa Kuboku start götürüb.

Mediasport.az xəbər verir ki, Azərbaycan 15:40-da Niderland ilə üz-üzə gəlib.

Yığmamız daha sonra 19:15-də Avstriya ilə qarşılaşacaq.

Qrupda ilk iki yerin sahibi 1/4 finala adını yazdıracaq.

Xatırladaq ki, qadınlardan ibarət milli komandamız artıq turnirdə mübarizəni dayandırıb.

Avropa Kuboku

Azərbaycan - Niderland 9:21