"Sabah" bu dəfə Ukrayna millisinin hücumçusunu rənglərinə bağlayıb
Azərbaycanı FİBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, Bakı təmsilçisi Ukrayna millisinin hücumçusu Andrey Voynaloviçlə 2 illik müqavilə imzalayıb.
"Sabah" buna qədər Latviya yığmasının üzvü Klavs Çavarsı transfer edib.