Avropa oyunları üçün iki maskot seçildi: "Əjdaha" və "kərtənkələ"
2023-cü ildə Polşanın Krakov və Malapolska şəhərlərinin təşkilatçılığı ilə keçiriləcək Avropa oyunlarının ikinci maskotu da seçilib.
mediasport.az xəbər verir ki, ötən həftə baş tutan müsabiqədə “Krakuşek” adlı əjdaha maskot olaraq təsdiqlənnmişdi, ardından “Salamandra Sandra” ikinci maskot kimi seçilib.
Qara və qızılı rəngləri özündə əks etdirən “Salamandra Sandra” adlı kərtənkələ internet istifadəçilərinin səsverməsində cüzi fərqlə məğlub olsa da, təşkilatçılar tərəfindən qəbul edilib. “Salamandra Sandra”nın dizayneri 10 yaşlı Qloriya Qorik adlı qızdır.
Hər iki maskotun ortaq şüarı isə “Biz birlikdəyik!” olacaq. Krakov və Malopolskada keçiriləcək Avropa Oyunlarının açılışı 2023-cü il iyunun 23-də planlaşdırılır. Yarışda 25 idman növü üzrə proqram təsdiqlənib. Təşkilatçılar güləşin də bura əlavə oluna biləcəyinə ümid edirlər.