Azərbaycan milli komandası Dünya Kubokunda bürünc medal qazanıb
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.
Mediasport.az xəbər verir ki, Azərbaycanın qrup hərəkətləri üzrə milli komandası yarışın ikinci günündə uğur qazanıb.
Bədii gimnastlarımız 3 lent və 2 topla çıxışlarda ümumilikdə 69,050 bal toplayaraq bürünc medal qazanıblar.
Komandamızın heyətində Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradova mübarizə aparıb.