"Az qalır aparıcı və şərhçilərin adlarını da dəyişib "Misli" edələr" - ETİRAZ
"Sizcə də "Misli" reklamları biraz artıq deyil? Başa düşürəm, kanallar reklamdan pul qazanır, amma "gambling" reklamları bu qədər vaxt almalı deyil efirdə".
mediasport.az xəbər verir ki, bu sözlər məşhur texno-bloger Fərid Pərdəşünasa məxsusdur.
"Misli"nin televiziya məkanını açıq formada zəbt etdiyinə etirazını bildirən və eyni zamanda "CBC Sport"u tənqid edən status paylaşan Mətbuat Şurasının İdarə Heyətinin üzvü belə aşırı reklamların insanlarda asılılıq və vərdiş yaratdığını qeyd edib:
"Nəzərə almaq lazımdır ki, bu, vərdişə çevrilən və aslılıq yaradan növdəndir. Ümumiyyətlə, "CBC Sport" barəsində kəskin bir tənqidim var ki, bu kanalın adı dəyişib, "Misli" TV olmalıdır. Adamlar az qala, ekrandakı hər pikseli satıblar "Misli"yə. Az qalır aparıcı və şərhçilərin adlarını da dəyişib "Misli" edələr. Bundan başqa, Dünya çempionatının fasilələrində "Misli" ekrandan çıxmır. Bu, artıq reklamlıqdan çıxıb, birbaşa çağırışdır, insanları yönəltmədir. Bu hal reklam haqqında qanunvericiliklə tənzimlənməlidir. "Gambling" reklamları müəyyən reklam vaxtı əldə etməlidir. Əlavə olaraq insanları varlarlandıran, həyatlarını xilas edən uğur hekayələri kimi reklam tərkibinə icazə verilməli deyil".