Daha bir cüdoçumuz Dünya çempionatında bürünc medal qazandı
Azərbaycanın daha bir para-cüdoçusu Bakıda keçirilən Dünya çempionatının bürünc medalını qazanıb.
mediasport.az xəbər verir ki, kişilər arasında J2 kateqoriyası üzrə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Namiq Abaslı üçüncü yer uğrunda həlledici dueldə rəqibinə alib gələrək ölkəmizə mundialın ikinci mükafatını qazandırıb.
Daha əvvəl Şəhanə Hacıyeva (J2, 48 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Dünya çempionatına noyabrın 10-da yekun vurulacaq.