Avstriyada medal qazanan idmançılarımız reytinqdə irəlilədilər
Beynəlxalq Cüdo Federasiyası Avstriya Qran-prisindən sonra yenilənmiş reytinq siyahısını açıqlayıb.
mediasport.az xəbər verir ki, iki gümüş və bir bürünc medal qazanan yığma üzvlərindən üçüncü yeri tutan Gültac Məmmədəliyeva (52 kq) sıralamada beş pillə irəliləyərək 24-cü pillədə qərarlaşıb.
Gümüş medalçımız Rəşid Məmmədəliyev 74 pillə irəliləyişə nail olmaqla, 70-ci sırada yer alıb Qran-pridə 2-ci olan digər təmsilçimiz Kamran Süleymanov isə 33 pillə irəliləyərək 39-cu olub.
Milli komandamızın digər cüdoçularına gəlincə, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) hələ də ikinci, Səid Mollayi (81 kq) üçüncüdür. Balabəy Ağayev (60 kq) ilk "4-lük"də, Məmmədəli Mehdiyev (90 kq) 10-cu, Orxan Səfərovla (66 kq) Uşangi Kokauri (+100 kq) 11-ci yerdə dayanıb.